Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-05-2024 , 08:25

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Belediyye.infonun doqquzillik fəaliyyətinə qısa bir nəzər

25 may tarixi Belediyye.info üçün əziz bir gündür. 2015-ci ilin məhz bu günü sayt fəaliyyətə başlayıb. Artıq nə az nə çox düz doqquz ildir ki, bələdiyyələrin fəaliyyətinin təbliği ilə, həmçinin üzləşdikləri problemlərin həlliylə məşğuluq. Hər halda çalışırıq. Bəzən istəyimizə nail ola bilməsək də ruhdan düşmürük. Əhatə dairəmizi genişləndiririk. Müvafiq qurumlarla əlaqələri yüksək səviyyədə qurmağa calışmışıq. Müəyyən nəticələri də əldə etmişik. Bu nəticələrin əldə edilməsində həm Administrasiyanın  bələdiyyələrlə iş sektorunun, həm Ədliyyə nazirliynin müvafiq qurumlarının böyük  rolu olub. Milli bələdiyyə assosiasiyalariyla və “Bələdiyyələrə onlayn xidmət” mərkəziylə əməkdaslığın şəffaf müstəvi üzərində qurulması nəticə etibarilə bələdiyyələrin üzləşdiyi problemlərin birgə həlli yollarının müəyyən edilməsində, deyərdim ki, həlledici rol oynamaqdadır.

Hər halda Administrasiyanın müvafiq sektorunun son iki ilə yaxın bir muddətdə bələdiyyələrin inkişafına göstərdiyi dəstək ondan xəbər verir ki, bələdiyyələrin inkişafi, cəmiyyətdə çəki və nüfuzu, həmçinin üzləşdikləri problemlərin həlli bundan sonra müsbət dinamika ilə davam edəcəkdir. Ədliyyə nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin və regional ədliyyə idarələrinin də atılan addımlara dəstək vermələri bələdiyyələrin  gələcək fəaliyyətinə daha nikbin baxmaqla ümidləri bir xeyli artırıb.

Hər halda belə əziz gündə özümüzə sağlıqlı illərlə vətənimizin, dövlətimizin, o cümlədən bələdiyyə sisteminin inkişafına bundan sonra da  dəstək verməklə, ümumi inkişaf  prosesinə bizdə Belediyye.info olaraq bundan sonra da var qüvvəmizlə çalışaraq öz töhfənizi verməyə çalışacağıq.

Vüqar Tofiqli

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024